Ölkə futbolu

“Xəzər Lənkəran”ın yeni transferlərindən yeni xəbər

“Xəzər Lənkəran” yeni transferləri Deyvid Sakkoni və Edi Oriolun transfer vərəqələri artıq əldə edib.

Bu barədə İdmanxeber.com saytına klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu məlumat verib. Onun dediyinə görə, yeni oyunçuarın transfer vərəqələri bu gün gəlib. Əgər baş məşqçi Con Toşak şans verərsə, onlar sabah Premyer Liqanın V turu çərçivəsində keçiriləcək “Qəbələ” – “Xəzər Lənkəran” matçında oynaya bilərlər.

Qeyd edək ki, Qəbələ şəhər stadionunda keçiriləcək oyun saat 18:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43