Kateqoriyasız

“Yenidən Azərbaycana qayıdacağıma şübhə etmirəm”

Azərbaycan millisinin və “Sumqayıt”ın sabiq futbolçusu Əli Babayev yenidən ölkəmizdə çıxış edə bilər.

Bu barədə o, “One” nəşrinə açıqlamasında bildirib:

“İsrailə qayıtdığım üçün peşman deyiləm. Amma ailəm Azərbaycanda yaşamağa razılaşsaydı, karyeramı orada başa vurardım. Azərbaycanda uzun müddət oynaya bilərdim. Çünki orada hər şey mənim üçün çox yaxşı idi. Yenidən Azərbaycana qayıdacağıma şübhə etmirəm. Hələ də oradakı insanlarla əlaqə saxlayıram. Mənə qazandırdıqlarına görə onları çox sevirəm”.

30 yaşlı yarımmüdafiəçi hazırda İsrailin “Makkabi” (Petah-Tikva) klubunda çıxış edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43