Dünya futbolu

“Yuventus” “Atletik”in futbolçusunu transfer etməyə hazırlaşır

“Yuventus” “Atletik”lə İnyaki Uilyamsın transferi üçün danışıqlara başlayıb.

İdmanxeber.com-un məlumatına görə, komanda yayda sözügedən futbolçunu heyətinə qatmağa çalışacaq. Turin klubunun nümayəndələri ötən həftə 2 dəfə Uilyamsın oyununu izləyib.

“Yuventus” artıq futbolçunun özü ilə danışıqlar aparıb.

Qeyd edək ki, gənc futbolçu ilə “Liverpul” və Dortmund “Borussiyası” da maraqlanır. Onun Bilbao komandası ilə 2021-ci ilə qədər müqaviləsi var. Sözləşməyə əsasən yarımmüdafiəçini 50 milyon avro ödəyərək transfer etmək olar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43