Dünya futbolu

“Yuventus”da ciddi itki

Turin klubunun aparıcı müdafiəçisi Corcio Kyellini sıradan çıxıb.

İdmanxeber.com-un məlumatına görə, təcrübəli futbolçu “A” seriyasının 24-cü turunda “Kalyari” ilə oyunda (2:0) zədələnib.

Bu səbəbdən də Kyellini həftəsonu “A” seriyasının 25-ci turunda “Palermo”ya, eləcə də fevralın 22-də Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunu çərçivəsində “Portu”ya qarşı keçiriləcək matçlarda meydana çıxa bilməyəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43