l Divizion

“Zaqatala”nın baş məşqçisi: “Azərbaycanda iş tapmaq çətin deyil”

I Divizionunun 19-cu turunda “Mil-Muğan” klubu dogma meydanda “Zaqatala”ya 0:1 hesabı ilə məğlub olub.

İdmanxeber.com-un məlumatına görə, matçdan sonra keçirilən mətbuat konfransında “Zaqatala”nın baş məşqçisi Şaban Şirdanov jurnalistlərin sualarını cavablandırıb:

– Oyundan öncə də qeyd etmişdim ki, “Mil Muğan” yaxşı futbol oynayır. Aqil müəllim yaxşı komanda qurub, müasir futbol oynayırlar. Biz süni meydanda məşq eedirik. Bu səbəbdən bu gün oyunumuz çətin oldu. Məqsədimiz 3 xal qazanmaq idi və və buna nail olduq. Oyuna baxdıqda qələbə bizim haqqımız idi. Nəticə ədalətli oldu.

– Bir müddət öncə sizin istefaya göndəriləcəyiniz deyilirdi. Rəhbərliyin sizə etimadından sonra komanda “qara zolaq”dan çıxdı.

– Azərbaycanda iş tapmaq çətin deyil. Mən heç kəsin yerini tutmuram. Ləyaqətlə çalışmaq istəyirəm. “Qara zolaq” deməzdim. “Turan Tovuz”la yaxşı oynamışdıq, amma fərdi səhvdən qol buraxdıq. “Şəmkir” və “Şahdağ” səfərində stadionlar bərbad idi. Ona görə xal itirdik. Musa Qurbanovla biz dostuq. Amma buna baxmayaraq, nə vaxt rəhbətlik istəsə, dəyişikliyə hazıram. Məsələn, “Qarabağ”da Dani Kintana hazırda yoxdu, komanda qələbə qazana bilmir. Bizim də iki aparıcı oyunçumuz zədəli idi.

– Qarşıda 7 tur qalıb. Medal qazanmaq şansınız varmı?

– Bütün oyunlarda qalib gəlsək, ikinci yeri tuta bilərik. Çempionluq uğrunda da mübarizə apara bilərik. Minimum hədəfimiz gümüş medallardı.

– Komanda oyun zamanı çox aqressiv idi, xüsusilə də Emin Mehtiyev…

– Eminə qarşı çox qayda pozuntusu oldu. O zədəli idi. Xüsusən də zədəli olan ayağına zərbələr vururdular. Aqressivliyin səbəbi budu.

– Komandanız adətən çox qol vururdu. Bu gün isə çətinlik çəkirdiz qol vurmaqda. Səbəb nədi?

– Kifayət qədər qol imkanlarımız oldi. Oruc Balaşlının iki qol vəziyyəti oldu. Oruc bombardir olsa da, ondan narazıyam. Çox çalışmalıdı.

– Oyunun sonlarında mübahisəli penalti epizodu oldu. Bəxtinizin gətirdiyini demək olar?

– Mən görmədim. Epizodu görsəydim, fikir bildirə bilərdim.

Musa Qurbanov uğursuz çıxış zamanı demişdi ki, komandadan hesabat tələb edəcəm. Siz onunla birlikdə futbol oynamısız. Sizcə, bu, nə dərcədə düzgündü?

Bəli, biz Musa Qurbanovla futbol oynamışıq. Amma mən peşəkar adamam. Klub rəhbərinin baş məşqçidən hesabat istəməsi normaldı. Bir dəfə Qurban Qurbanovdan soruşmuşdular ki, niyə vida oyununuzda Şaban Şirdanov məşqçilər korpusunda yer almamışdı? O da demişdi ki, Şaban müəllim küsən, inciyən adam deyil. Bu həqiqətən də belədi.

– Qeyd etdiz ki, Musa Qurbanov klub rəhbəri kimi hər şeyin ən yaxşısını istəyir. Düşünmürsüz ki, ən yaxşı üçün də əla şərait yaradılmalıdı. Heyəti niyə gücləndirmirsiz?

– Qış fasiləsi ərəfəsində bizim 8 oyunluq qələbə seriyamız oldu. Düşünürəm ki, Musa Qurbanov bu heyətə gələcəkdə Premyer Liqada güvənməyi düşünür. Buna görə də radikal dəyişikliklər edilmədi. Ruslan Tağızadə isə özü getmək istədi .

– Məlumata görə, “Səbail” neçənci yeri tutmağından aslı olmayaraq Premyer Liqaya vəsiqə qazanacaq. Bu söz-söhbətlər sizə necə təsir edir?

– Dünən “Səbail”in penaltisi verilmədi. Bu özü sualınızın cavabıdı. Premyer Liqaya kim çıxacaqsa, heyətini gücləndirməlidi. Biz belə söz söhbətlərə fikir vermirik. Əlinmizdə olan futbolçuların səviyyəsini yüksəltmək istəyirəm.

– Bugünkü “Zaqatala”nı Premyer Liqanın hansı klubları ilə müqayisə edərdiz?

– Biz bu suala qışda “Kəpəz” və AZAL-la başabaş mübarizə aparmaqla cavab verdik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43