İdman

“Zenit”in futbolçusu döyülərək tanınmaz hala salındı – FOTO

“Zenit” klubunun üzvü Denis Terentyev döyülərək tanınmaz hala salınıb.
İdmanxeber.com-un məlumatına görə, 25 yaşlı müdafiəçi  şəxsi “İnstagram” hesabında bu barədə məlumat yayıb.

Rusiyalı futbolçu maşın idarə edərkən önündə olan sürücü ilə mübahisə edib. Mübahisə daha da böyüyüb. Nəticədə sürücü Denisin maşınına hücum çəkərək ona yumruq zərbələri endirib.

Qeyd edək ki, D. Terentyevin mövsümün sonuna qədər yaşıl meydanlardan uzaqda qalacağı bildirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43