Ölkə futbolu

“Zirə” – “Keşlə” oyununun yeri dəyişdirildi

Oyun  “AZAL Arena”da oynanacaq.

İdmanxeber.az PFL-nin saytına istinadən bildirir ki,  görüş  əvvəlcədən nəzərdə tutulduğu kimi “Dalğa Arena”da deyil, “AZAL Arena”da oynanılacaq.
“Dalğa Arena”nın ot örtüyünün yüklənməsinin qarşısını almaq, milli komandaların qarşıdakı oyunlarını, “Zirə”nin müraciətini və “Keşlə”nin razılığını rəhbər tutan PFL, matçın yerinin dəyişdirilməsinə qərar verib.

Qeyd edək ki, avqust 18-də keçiriləcək “Zirə” – “Keşlə” oyunu saat 20:30-da başlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43