Ölkə futbolu

“Zirə” Macarıstan klubunu məğlub etdi

Mövsümün ikinci yarısına Antalyada hazırlaşan “Zirə” bu gün növbəti yoxlama oyununu keçirib.

Samir Abasovun komandası Macarıstanın yüksək liqasında çıxış edən “Paksi” klubu ilə qarşılaşıb. Görüş paytaxt təmsilçisinin 1:0 hesablı qələbəsi ilə sona çatıb.

Qeyd edək ki, “Zirə” ilk yoxlama oyununda Rumıniyanın “Voluntari” klubuna 1:0 hesabı ilə qalib gəlib. Paytaxt təmsilçisi sonuncu matçını yanvarın 26-da Rusiya “Tambov”una qarşı keçirəcək.

22 yanvar

Yoxlama görüşü

16:00.“Zirə” (Azərbaycan) – “Paksi” (Macarıstan)

Qol: İlkin Qırtımov, 57


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43