İdman

Əmrah Çəlikəl: “Bu haqda məlumatımız yoxdu”

“Belə hesabla qalib gələcəyimizi düşünmürdüm. Hesabdan razı qaldıq, xoş oldu”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Qarabağ”ın icraçı direktoru Əmrah Çəlikəl söyləyib.  "Qarabağ" Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda Gürcüstanın "Samtredia" klubunu 5:0 hesabı ilə məğlub edib. Oyundan sonra Ağdam klubunun rəsmisi Əmrah Çəlikəl jurnalistlərə açıqlama verib. O, yeni transferlərin oyunu haqda danışıb:

“Onların oyunundan razı qaldıq. Hamınız kimi biz də bəyəndik. Yaxşı oynadılar”.

Əmrah bəy cavab matçında formal baxmadıqlarını söyləyib:  “Cavab matçına da ciddi yanaşacağıq. Rahat oynamalıyıq. Arxayınlaşmağı heç kimə məsləhət görmürəm. Bizi 90 dəqiqəlik mübarizə gözləyir”.

Klub rəsmisi Rəşad Sadıqovun zədəsi haqda bunları söyləyib: “Oyun yeni bitib və bu haqda məlumatımız yoxdu. Tezliklə son durumuna aydınlıq gələcək”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43