08 İyul 2026
Dünya futbolu

Ən yaşlı futbolçu – Zlatan İbrahimoviç

Zlatan İbrahimoviç Avropa çempionatının seçmə mərhələsində çıxış edən ən yaşlı oyunçusu olub.

İdmanxeber.az-ın məlumatına görə, isveçli futbolçu Belçika matçının (0:3) 73-cü dəqiqəsində meydana çıxıb. 41 yaş 172 günlük olan isveçli hücumçu seçmə mərhələdə forma geyinən ən yaşlı oyunçu ünvanına sahib çıxıb.

Zlatandan əvvəl 41 yaşlı İtaliyanın qapıçısı Dino Zoff bu adı daşıyırdı.

İbrahimoviç İsveç millisinin heyətində 122 oyun keçirib və 62 qol vurub. O, komanda tarixinin ən yaxşı bombardiridir.

.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43