08 İyul 2026
Milli komanda

Millimizin bərbad statistikası: Hər 4 dəqiqədən bir

AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi səfərdə Avstriya ilə qarşılaşıb və rəqibinə məğlub olub – 1:4.

Ötən gecə baş tutan 7 oyundan biri olan Avstriya – Azərbaycan matçı maraqlı məqamları ilə diqqət çəkib. Belə ki, Linzdəki keçirilmiş matç seçmə mərhələnin ötən gecə baş tutan yeganə oyunu olub ki, bir komanda rəqib qapısına 12 dəqiq zərbə endirib.

Bəli, bu Avstriya seçməsidi. Meydan sahibləri oyunboyu qapımıza 23 zərbə endirib ki, bunlardan da 12-si çərçivəyə doğru olub. Millimiz 67 dəfə təhlükəli hücum təşkil etmiş avstriyalıların 23 dəfə zərbə vurmasına mane ola bilməyib. Bunun da məntiqi nəticəsi kimi komandamız darmadağından qaça bilməyib – 1:4. Təxminən millimizin qapısı önündə hər 4 dəqiqədən bir təhlükəli epizod yaşanıb.

Maraq üçün bildirək ki, ötəngünkü oyunlarda  nə Cəbəllütariq Yunanıstana (0:3), nə Litva Serbiyaya (0:2), nə də darmadağından qaça bilməyən Niderland Fransaya (0:4) qapısında bu qədər qol imkanı verməyib.

İdmanxeber.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43