Dünya futbolu

“Əsəbləşirik, hirslənirik” – Donnarruma

PSJ Fransa çempionatının 33-cü turunda “Lion”a məğlub olub (1:3).

İdmanxeber.az-ın məlumatına görə, bu nəticənin ardından komandnaın baş məşqçisi Kristof Qaltyenin gələcəyi müzakirə mövzusu olub. Paris klubunun qapıçısı Canluici Donnarumma matçdan sonra bu barədə fikirlərini bildirib:

“PSJ-də böhran var? Qətiyyən. Amma biz əsəbləşirik və hirslənirik. Yaxşı oyun göstərmək istəyirdik, amma təəssüf ki, yenə də azarkeşlərimizin önündə xal itirdik.

Baş məşqçimiz hər zaman bizim yanımzıdadır, ona güvənmək lazımdır. Komanda onun başçılığı ilə daha fərqli yerlərə gələ bilər”.

Fransa çempionatının başa çatmasına beş tur qalmış PSJ ən yaxın izləyicini beş xal qabaqlayaraq turnir cədvəlinə başçılıq edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43