Dünya futbolu

“Qalatasaray”dan Mertens qərarı

“Qalatasaray” ulduz futbolçu Drins Mertenslə müqavilə uzadıb.

İdmanxeber.az-ın məlumatına görə, İstanbul klubunun futbolçusunun “Beşiktaş”a qarşı keçirdiyi matç sonrası müqaviləsindəki maddə qüvvəyə minib. Belə ki, Mertens mövsümün əvvəlində klubla 1+1 sözləşmə imzalayıb.

Müqaviləyə görə, cari mövsüm təcrübəli oyunçu 25 oyunda əsas heyətdə meydana çıxacağı təqdirdə, sözləşmə avtomatik uzadılacaqdı.

“Ağ-qaralar”a qarşı görüş də Mertensin 25-ci matçı olub. Bu səbəbdən də oyunçunun müqaviləsi yenilənib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43