Ölkə futbolu

Şəki və Lənkəran komandalarının duelindən rəngarəng görüntülər – FOTOLAR

Region Liqasının 1\4 final mərhələsinin ilk oyunları keçirilib.

İdmanxeber.az-ın məlumatına görə, Şəkinin “Marxal” komandası doğma meydanda “Xəzər Lənkəran 42” kollektivi ilə üz-üzə gəlib. Ev sahibi komanda oyundan 3:1 hesabı ilə qalib ayrılıb.

Şəki şəhər stadionunda keçirilən matça maraq həddindən artıq böyük olub. Yerli azarkeşlər komandalarına dəstək olaraq tribunalarda rəngarəng görüntülər yaradıblar.

Stadionda az sayda Lənkəran təmsilçisinin tərəfdarları da yer alıb. 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43