14 İyul 2026
Kateqoriyasız

Əvəzedicilərin çempionatında 24-cü tura yekun vuruldu

Topaz Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında keçirilən ölkə birinciliyində 24-cü tura yekun vurulub.

İdmanxeber.com-un PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, son oyun günündə 4 qarşılaşma baş tutub.

“Qarabağ”ın əsas komandasının üzvü Əl Hərbi Əl Jadeyui bu dəfə əvəzedicilərin heyətində meydana çıxıb. O, “Zirə” ilə görüşdə etdiyi dublla komandasına qələbə qazandırıb.

4 mart

Əvəzedicilərin çempionatı, 24-cü tur

“Neftçi” – “Qəbələ” – 0:0

“Qarabağ” – “Zirə” – 2:0

Qollar: Əl Hərbi Əl Jadeyui, 21 (1:0), 42 (2:0)

“Xəzər Lənkəran” – AZAL – 0:3

Qollar: İlqar Babayev, 20 (0:1), İsmayıl İbrahimli, 49 (0:2), Orxan Ələkbərov, 69 (0:3)

“Sumqayıt” – “İnter” – 1:2

Qollar:  İlkin Sadıqov, 29 (0:1), Şahin Əliyev, 58-pen (1:1), Vüsal Nağıyev, 65 (1:2)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43