Dünya futbolu

3 İngiltərə nəhəngi dünya çempionu üçün mübarizə aparır

“Aston Villa”nın qapıçısı Emiliano Martinez karyerasını başqa klubda davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, argentinalı qolkiper cəlbedici təklif alacağı halda klubdan ayrılmağa hazırdı. Dünya çempionu mümkün təklifləri gözdən keçirir və böyük ehtimal yayda “Asyon Villa”dan ayrılacaq.

Qeyd edək ki, təcrübəli qapıçının xidmətində “Mançester Yunayted”, “Çelsi” və “Tottenhem” mataqlıdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43