Dünya futbolu

Diabi Premyer Liqaya doğru

Mussa Diabi karyerasını Premyer Liqada davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, “Arsenal” və “Nyukasl” “Bayer”in cinah oyunçusu ilə maraqlanır. Hazırda klub oyunçunu satmaq fikrində olmasa da, ona gələcək təkliflər planları dəyişə bilər.

Bundesliqa təmsilçisi Diabini 50 milyon avrodan aşağı satmağı düşünmür.

O, bu mövsüm Bundesliqada 30 oyuna çıxıb, 9 qol vurub, 8 məhsuldar ötürmə edib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43