“Everton” rəsmi saytında müdafiəçi Eşli Yanqla müqavilə imzaladığını açıqlayıb.
İdmanxeber.az-ın məlumatına görə, 38 yaşlı ingilis futbolçu ilə müqavilə 2024-cü ilin iyun ayının sonuna kimi hesablanıb.
Oyunçunun son klubu “Aston Villa” olub. Ötən mövsüm futbolçu komandanın heyətində 32 oyun keçirib və 1 qol vurub.
Yanq daha əvvəl “İnter”, “Mançester Yunayted” və “Uotford”da çıxış edib. Onun hesabında Premyer Liqada 400-dən çox oyun var.

