“Real” yarımmüdafiəçisi Daniel Sebalyosun zədələndiyini bildirib.
İdmanxeber.az-ın məlumatına görə, futbolçu tam tibbi müayinədən keçib. Onun sağalma vaxtı hələ açıqlanmayıb. Sebalyos təxminən bir ay yaşıl meydanlardan uzaq qalacaq.
2022/23 mövsümündə 26 yaşlı yarımmüdafiəçi Madrid klubunun heyətində bütün turnirlərdə 46 oyuna çıxıb, 1 qol vurub və 9 məhsuldar ötürmə edib.

