Premyer Liqanın IV turu çərçivəsində öz meydanında "Neftçi"ni qonaq edəcək "Xəzər Lənkəran"ın futbolçuları yaxşı pul qazanmaq imkanı əldə ediblər.
İdmanxeber.com-un əldə etdiyi məlumata görə, klub rəhbərliyi əzəli rəqib üzərindəki qələbəyə pul mükafatı vəd edib.
Bu mükafatın hər bir futbolçuya 7-10 min manat arası təşkil etdiyi bildirilir.
Qeyd edək ki, "Böyük oyun" avqustun 25-də, saat 20:00-da keçiriləcək.