AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
20 sentyabr 2013-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasının VII turunun “Qəbələ” – “Rəvan” matçında “Rəvan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
20 sentyabr 2013-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasının VII turunun “Qarabağ” – “Simurq” matçında “Simurq” klubunun 5 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).
Oyunun 83-cü dəqiqəsində “Qarabağ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub.
Oyun 90+3-cü dəqiqəsində “Simurq” klubunun 11 №-li futbolçusu Draqan Çeran hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 4000 manat cərimə olunub.
AZAL – “Xəzər Lənkəran” matçının 45+1-ci dəqiqəsində AZAL klubunun 15 №-li futbolçusu Oskar Klava sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunub.
Oyunun 72-ci dəqiqəsində AZAL klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub.
XXII Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin VII turunun AZAL – “Xəzər Lənkəran” matçında AZAL klubunun 5 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
Oyunun 70-ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun 42 №-li futbolçusu Kamran Abdullazadə idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunub.
Azərbaycan I divizionun II turunun “Kəpəz” – “Neftçala” matçının 75-ci dəqiqəsində “Neftçala” klubunun 20 №-li futbolçusu Tanrıverdi Məhərrəmli hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 400 manat cərimə olunub.
Azərbaycan I divizionun II turunun MOİK – “Mİl-Muğan” matçında MOİK klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
“Karvan” – “Qaradağ Lökbatan” matçında hər iki klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 100 manat cərimə olunub.
“Lokomotiv” – “Ağsu” matçında hər iki klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 100 manat cərimə olunub.