27 Dekabr 2024
Dünya futbolu

“Kəs səsini, yoxsa səni zorlayaram!”

"Arsenal"ın futbolçusu Nikolas Bentner bu dəfə tərbiyəsizliyi ilə gündəmə gəlib.

Belə ki, danimarkalı futbolçu yaşadığı binanın idman salonunda naməlum səbəblərə görə qapıları təpiklədiyi və şüşələri sındırdığı üçün polis bölməsinə aparılıb.

Şahidlərin dediyinə görə, bu hadisədən sonra Bentner evindən çıxaraq futbolçunu sakitləşdirməyə çalışan bir qadına belə bir ifadə işlədib: "Kəs səsini, yoxsa səni zorlayaram!".

Futbolçunun binadan çıxarılacağı deyilir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43