“İnter”in futbolçusu Baçana Sxadadzenin vəziyyətinə aydınlıq gəlib.
Premyer Liqanın XV turu çərçivəsində “Bakı” ilə oyunda (1:0) zədələnərək təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılan hücumçu üçün bu il yekunlaşdı deyə bilərik.
İdmanxeber.com-un klubun mətbuat xidmətindən əldə etdiyi məlumata görə, həkimlər gürcüstanlı forvarda əng sümüyünün sınığı, ikinci dərəcəli beyin silkələnməsi diaqnozu qoyublar. Futbolçu həkim nəzarət altında azı 1 ay müalicə alacaq.