“Xəzər Lənkəran”ın yeni baş məşqçisinin adına tam aydınlıq gəlib. Cənub təmsilçisi türkiyəli mütəxəssis Mustafa Dənizli ilə bu gün rəsmən müqavilə imzalayacaq.
Klubdan idmanxeber.com-a verilən məlumata görə, çalışdırıcı rəsmi müqaviləyə qol çəkdikdən sonra futbolçulara təqdim olunacaq. Təqdimetmə mərasimində klubun prezidenti Mais Mənsimov da iştirak edəcək.
Yeni baş məşqçi bu gün komanda ilə ilk məşqinə də çıxacaq.