Ölkə futbolu

“Simurq” “Qəbələ” üçün hazırlaşdı

Topaz Premyer Liqasının 5-ci turunda “Qəbələ”ni qonaq edəcək “Simurq” klubu hazırlıqları tamamlayıb.

İdmanxeber.com-un məlumatına görə, bir saatdan artıq davam edən çalışmalar isinmə hərəkətləri ilə başlayıb. Daha sonra qruplara bölünərək “kvadrat” və ikitərəfli oyun keçirilib. Sonda isə qapıya zərbələr, cinahlardan asmaların qapanması yerinə yetirilib. Məşqdə dizindən əməliyyat olunan yeni transfer Vüqar Mustafayevdə iştirak edib. İsinmə hərəkətlərindən sonra o və belində ağrılar olan Əli Gökdəmir komandadan ayrı, fiziki hazırlıq üzrə məşqçi Aleksandar Karakliçin rəhbərliyi altında çalışmaları davam etdirib. Bundan sonra istirahətə çəkilən Georgi Çixradzenin yetirmələri artıq qarşılaşmanın başlama saatını gözləyir.

Qeyd edək ki, “Simurq” – “Qəbələ” matçı saat 17:00-da start götürəcək “Simurq”un rəsmi saytı vasitəsilə canlı yayımlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43