27 İyul 2026
Dünyadan

Kasilyasdan rekord

“Real”ın qapıçısı İker Kasilyas Çempionlar Liqasında növbəti rekorda imza atıb.

İdmanxeber.com-un məlumatına görə, təcrübəli qolkiper ÇL-də 148-ci matçını keçirməklə “Barselona”lı Xavinin nəticəsini təkrarlayıb.

İspaniya millisinin qapıçısı “quru” oyunların sayında mütləq rekord müəllifi olub. Belə ki, “Atletiko” ilə cavab 1/4 final matçında qapısını toxunulmaz saxlayan İker turnirdə 52-ci dəfə oyunu qol buraxmadan bitirib.

Bununla Kasilyas “Mançester Yunayted”in sabiq qolkiperi Edvin van der Sarın nəticəsini (51 “quru” oyun) üstələyib. 

Qeyd edək ki, hazırda karyerasını davam etdirən qapıçılar arasında “Real”lının ən yaxın rəqibləri Petr Çex (46), Viktor Valdes (45) və Canluici Buffondur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43