17 İyul 2026
Kateqoriyasız

“Bakı”nın futbolçusu: “Xəzər Lənkəran”ın heyətində ciddi itkilərin olmasına baxmayaraq…”

“Xəzər Lənkəran”la oyun çətin keçəcək. Baxmayaraq ki, rəqibin heyətində ciddi itkilər var. Onlar bizim kimi cavan uşaqlar qarşısında özlərini sübut etməyə çalışacaqlar. Çox ciddi hazırlaşırıq, baxmayaraq ki problemlər var. Mövsümün sonu yaxınlaşır. Hamı özünü göstərməyə çalışacaq. Fikrimcə maraqlı və gərgin oyun olacaq. Kim güclüdürsə o da qalib gəlsin”.

Bu sözləri İdmanxeber.com-a açıqlamasında “Bakı”nın futbolçusu Ülvi Süleymanov deyib.

Bir müddət idi ki, zədəli olan və bu səbəbdən də komandaya kömək edə bilməyən paytaxt klubunun gənc üzvü Lənkəran təmsilçisi ilə oyunda meydana çıxa bilər:

“Hazırda topuğumda zədəm var. Ancaq oynamağa hazıram. Məşqçimiz şans versə özümü yaxşı tərəfdən göstərməyə hazıram”.

Qeyd edək ki, “Bakı” – “Xəzər Lənkəran” matçı mayın 2-də, saat 17:00-da keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43