“Biz ikinci və ən pis halda indiki yerimizi qorumaq üçün mübarizə aparırıq. Açığı əsas diqqətimiz kubokadı. Çünki bu mövsüm qazana biləcəyimi yeganə titul məhz kubokdu. İnşAllah kuboku da biz qazanacağıq”.
Bu sözləri İdmanxeber.com-a açıqlamasında “Neftçi”nin futbolçusu Emin Mehtiyev deyib.
Bu tur “Sumqayıt”la qarşılaşacaq paytaxt klubunun futbolçusu “Qəbələ”nin uğurlu çıxışını və bununda fonunda üçüncü yeri itirməkdən qorxmadıqlarını bildirib:
“Son 3-4 tur gərgin keçəcək. Düzdü “Qəbələ” gözəl oyunları ilə azarkeşlərini sevindirir. Ancaq bizdə oturub onlara azarkeşlik etməyəcəyik. Biz də öz azarkeşlərimizi sevindirmək istəyirik. Ən azından 3-cü yeri heç kimə vermək niyyətimiz yoxdu”.