30 Sentyabr 2024
Kateqoriyasız

Premyer Liqanın 33-cü turunun iki oyunu canlı yayımlanacaq

Azərbaycan Premyer Liqasının 33-cü turunun iki oyunu canlı yayımlanacaq.

İdmanxeber.com-un məlumatına görə, mayın 8-i və 9-da keçiriləcək turun "Sumqayıt" – "Qəbələ" (saat 18:00) və həmin gündə baş tutacaq "İnter" – "Neftçi" matçları (saat 20:00) canlı olaraq azarkeşlərə nümayiş etdiriləcək.

Hər iki matç "İdman Azərbaycan" kanalı vasitəsi ilə canlı yayımlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43