Avropa Liqasının yarımfinal mərhələsinin cavab qarşılaşmaları keçirilib.
İdmanxeber.com-un məlumatına görə, İtaliyada "Fiorentina" "Sevilya"nı, Ukraynada "Dnepr" "Napoli"ni sınağa çəkib. İlk görüşdə uğurlu nətizə əldə edən "Dnepr" və "Sevilya" cavab matçında da qalib gələrək finala adlayan komandalar olublar.
Avropa Liqası
Yarımfinal mərhələsi, cavab oyunları
14 may
“Fiorentina” (İtaliya) – “Sevilya” (İspaniya) – 0:2
Qollar: Bakka, 22, Karriço, 27
Baş hakim: Damir Skomina (Sloveniya)
Florensiya. “Artemio Franki” stadionu
İlk oyunun nəticəsi – 0:3
“Dnepr” (Ukrayna) – “Napoli” (İtaliya) – 1:0
Qol: Seleznyov, 57
Baş hakim: Milorad Majiç (Serbiya)
Kiyev. Olimpiya stadionu
İlk oyunun nəticəsi – 1:1

