“Neftçi”nin əvvəlcə əvəzedici komandaya göndərib, transferə çıxardığı, sonra isə qarşılıqlı razılaşma əsasında müqaviləsi ləğv olunan keçmiş futbolçusu Mirhüseyn Seyidov artıq özünə yeni klub tapıb.
İdmanxeber.com-un apasport.az-a istinadən verdiyi məlumata görə, yarımmüdafiəçi gələn mövsüm elitada oynaması dəqiqləşmiş “Zirə” ilə anlaşmaq üzrədi.
Seyidov çox böyük ehtimalla növbəti mövsümdən Premyer Liqanın debütantının formasını geyinəcək.

