03 İyul 2026
Kateqoriyasız

Avropa Liqası: “Qarabağ”ın məğlub etdiyi komanda finalda! (VİDEOLAR)

Avropa Liqasının yarımfinal mərhələsinin cavab qarşılaşmaları keçirilib.

İdmanxeber.com-un məlumatına görə, İtaliyada "Fiorentina" "Sevilya"nı, Ukraynada "Dnepr" "Napoli"ni sınağa çəkib. İlk görüşdə uğurlu nətizə əldə edən "Dnepr" və "Sevilya" cavab matçında da qalib gələrək finala adlayan komandalar olublar.

Avropa Liqası



Yarımfinal mərhələsi, cavab oyunları



14 may

 

“Fiorentina” (İtaliya) – “Sevilya” (İspaniya) – 0:2 

Qollar: Bakka, 22, Karriço, 27

Baş hakim: Damir Skomina (Sloveniya)

Florensiya. “Artemio Franki” stadionu

İlk oyunun nəticəsi – 0:3

 

“Dnepr” (Ukrayna) – “Napoli” (İtaliya) – 1:0 

Qol: Seleznyov, 57

Baş hakim: Milorad Majiç (Serbiya)

Kiyev. Olimpiya stadionu

İlk oyunun nəticəsi – 1:1 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43