Az sonra başlayacaq “Qarabağ” – “Neftçi” finalından öncə Ağdam klubunun azarkeşləri və polislər arasında insident yaşanıb.
İdmanxeber.com-un Qəbələyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, asayiş keşikçiləri “Qarabağ” azarkeşlərinin asdıqları bannerləri sökmək istəmələri fanatların hiddətlənməsinə səbəb olub. Polislər-əsgər heyəti ilə azarkeşlər arasında yaranmış gərginliyi komananın kapitanı Rəşad Sadıqov yatırmaq istəsə də bu öz faydasını verməyib. Kapitanın müdaxiləsindən sonra yalnız sökülən bannerlər yerinə asılıb.
Maraqlıdır ki, “Neftçi” azarkeşlərinin asdıqları bannerlərə isə toxunulmayıb.