UEFA Çempionlar Liqasında final oyunu keçirilib.
İdmanxeber.com-un məlumatına görə, həlledici qarşılaşmada "Barselona" və "Yuventus" komandaları üz-üzə gəlib.
Çempionlar Liqasında 4 dəfə kuboku başı üzərinə qaldıran "Barselona" bu turnirdə iki dəfə qızıl medallara sahib çıxan "Yuventus"la qarşılaşıb.
4 qolun vurulduğu oyunda qələbə qazanan tərəf Kataloniya klubu olub.
Final
6 iyun
23:45 “Yuventus” (İtaliya) – “Barselona” (İspaniya) 1:3
Qollar: Rakitiç, 4, Morata 54, Suarez, 68, Neymar, 90+5
Baş hakim: Cüneyt Çakır (Türkiyə)