Bu gün “Bakı-2015” I Avropa Oyunlarında gimnastika yarışlarında son yarış günüdü.
İdmanxeber.com-un məlumatına görə, kişilər arasında batut gimnastikası üzrə yarışların final mərhələsi başa çatıb.
Azərbaycan idmançısı Qrişunin İlya 58,765 xalla üçüncü olaraq bürünc medalı qazanıb. Bununla da o, Azərbaycan yığmasının aktivinə 34-cü medalı yazdırıb.