18 Oktyabr 2024
Kateqoriyasız

“Qarabağ” üçün yağmurlu hava

“Qarabağ” Avstriyada hazırıqlarını davam etdirir. 

İdmanxeber.com-un məlumatına görə, hazırlığın növbəti günündə 2 məşq vardı.

Ağdamlıların təlim-məşq toplanışı çərçivəsində ötən gün ilk dəfə olaraq Alp dağlarının ətəklərində günəşli hava mövcud idi. Belədə yerli vaxtla 11:00-da (Azərbaycan vaxtıyla 14:00) start götürən çalışma 90 dəqiqə davam edib. Məşq daha çox fiziki hazırlıq üzərində baş tutub.

Günün 2-ci çalışması yerli vaxtla 19:00-da başlayıb. Maraqlıdır ki, axşama yaxın hava şəraitinin dəyişməsi məşqin yağış altında keçməsinə səbəb olub. Daha çox toplu çalışmalar üzərində qurulan məşq saat yarım davam edib.

Ötən gün komandanın yeni transferi Elvin Yunuszadə də komandanın düşərgəsinə qoşulub. Amma gec gəldiyinə görə müdafiəçi məşqə qatılmayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43