“Milan”ın futbolçusu M'Baye Nianq avtomobil qəzası keçirib.
İdmanxeber.com-un məlumatına görə, bu haqda “Spor Mediaset Italy” məlumat yayıb.
Hücumçu qəzada sol çiynindən və sol ayağından xəsarət alıb. Məlumata görə fransız futbolçu 2 ay yaşıl meydanlardan uzaq qalacaq.
2014-cü ildə də avtomobil qəzasına düşən Nianq o zaman hadisə yerindən qaçdığına görə 18 ay həbs cəzası almışdı. –

