17 İyul 2026
Kateqoriyasız

Millimizin futbolçusu Almaniyada dubl etdi

Almaniya Qərb Regional Liqasında 26-cı turun oyunları keçirilib.

İdmanxeber.com-un məlumatına görə, millimizin üzvü Toğrul Erat şərəfini qoruduğu “Fortuna II” (Dusseldorf) klubunda növbəti qollarını vurub.

“Vattenşayd 09”la səfər matçında 2 qol vuran futbolçumuz komandasının xal qazanmasında yardımcı olub.

Qeyd edək ki, qarşılaşma 3:3 hesabı ilə başa çatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43