14 İyul 2026
Kateqoriyasız

Terri Premyer Liqada bu klubun çempionluğunu istəyir

“Çelsi”nin futbolçusu Con Terri bu mövsüm Premyer Liqanın qalibinin “Lester” olmasını istəyir.

İdmanxeber.com-un məlumatına görə, futbolçu bunu “Sky Sports”a açıqlamasında deyib.

Təcrübəli müdafiəçi “Lester”in çempionluğunun İngiltərə futbolu üçün müsbət olduğunu deyib:

“Lester”in bu mövsüm etdikləri möhtəşəmdi. Etiraf edirəm ki, “tülkülər”in çempionluğunu istəyirəm. Azarkeşlər hər il eyni komandaların çempionluğundan bezib. Bu səbəbdən “Lester”in çempionluğu Premyer Liqa üçün də lazımdı”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43