İtaliyanın “Yuventus” klubunun səfiri kimi fəaliyyət göstərən fransalı sabiq futbolçu David Trezeqe bu gün Bakıya gələcək.
İdmanxeber.com-un məlumatına görə, ötənlərin məşhur futbolçusunun paytaxtımıza səfərinin məqsədi Azərbaycanda fəaliyyət göstərən “Yuventus” klubunun “I Gighiti Bianconeri” adlı rəsmi fan klubunun Bakıda AFFA-nın dəstəyi ilə təşkil etməyi planlaşdırdığı “Juventus camp”la bağlı mətbuat konfransında iştirak etməkdir.
Fan klubun tədbiri martın 11-də Bakı Olimpiya Stadionunda keçiriləcək. D.Trezeqeni “Yuventus” klubunun rəsmi şəxsləri müşayiət edəcək. Fransalı ulduzun həmin gün Hilton otelində keçiriləcək AFFA-nın Hesabat-Seçki Konfransında da qonaq qismində iştirakı nəzərdə tutulur.
Qeyd edək ki, David Trezeqe 1998-ci ilin dünya, 2000-ci ilin Avropa çempionu, 2006-cı il dünya çempionatının gümüş mükafatçısı olub.