06 İyul 2026
Kateqoriyasız

“Qarabağ” və “Qəbələ”nin futbolçuları milli komandaya dəvət aldı

Bosniya və Herseqovina millisinin mart ayında Lüksembuq və İsveçrə ilə keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.

İdmanxeber.com-un məlumatına görə, komandanın baş məşqçisi Mehmed Bajdareviç 28 futbolçuya dövət göndərib ki, bu siyahıda Azərbaycan Premyer Liqasında çıxış edən iki oyunçunun adı da var. Bunlar “Qarabağ”ın qolkiperi İbrahim Şehiç və “Qəbələ”nin hücumçusu Ermin Zetsdi.

Qeyd edək ki, martın 25-də Lüksemburqla qarşılaşacaq Bosniya və Herseqovnina millisi 4 gün sonra İsveçrə ilə üz-üzə gələcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43