06 İyul 2026
Dünyadan

“Barselona”nı “Mançester Siti”yə dəyişir?

“Barselona”nın qapıçısı Klaudio Bravo karyerasını İngiltərədə davam etdirəcək.

İdmanxeber.com-un məlumatına görə, İngiltərə nəhəngi “Mançester Siti” Kataloniya klubunda əsas heyətə düşə bilməyən qapıçını heyətinə qatmağı planlaşdırır. 

Bravonun bu təklifə “hə” dediyi bildirilir. “Şəhərlilər” “Barsa”nın da razılığını alsa o zaman bu keçid baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43