02 İyul 2026
Kateqoriyasız

“Əlincə”nin 6 futbolçusu millimizə dəvət aldı (VİDEO)

“Əlincə” klubunun 6 futbolçusu – Hüseyn Əhmədov, Zahid Mərdanov, Soltan Mürşüdov, Şakir Seyidov, Tahir Zeynalov və Əli Hacıyev Azərbaycan U-16 yığma komandasına cəlb olunub. Azərbaycan yığması martın 18-dən 22-dək Bakıda təlim-məşq toplanışı keçirəcək, 23-28 mart tarixlərində isə Maltada UEFA İnkişaf turnirində iştirak edəcək.

İdmanxeber.com-un məlumatına görə, klubun baş məşqçisi Vasif Haqverdiyev və futbolçuları bununla bağlı fikirlərini klubun rəsmi saytına bildiriblər.

Qeyd edək ki, U-16 millisində ən çox futbolçuyla “Əlincə” klubu təmsil olunur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43