02 İyul 2026
Kateqoriyasız

“Xəzər Lənkəran”da iki ciddi itki

“Xəzər Lənkəran” Topaz Premyer Liqanın 26-cı turunda “İnter”lə oyun ciddi itki ilə çıxacaq.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə,  4 sarı vərəqə səbəbindən cəzalı duruma düşən Orxan Sadıqlı və müqavilə ilə “ İnter” klubuna məxsus olan Tural Qürbətov qarşılıqlı anlaşma səbəbindən komandaya kömək edə bilməyəcək.

Qeyd edək ki, “Xəzər Lənkəran” – “İnter” oyunu  martın 20-i saat 13:30-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43