Müsahibə

Portuqaliya millisinin “7” nömrəsi: “Siz Ronaldonu nəzərdə tutdunuz, yoxsa Fiqonu?” (MÜSAHİBƏ)

17 yaşadək futbolçulardna ibarət Portuqaliya millisinin “7” nömrəli futbolçusu Joao Filipenin İdmanxeber.com-a kiçik müsahibəsi.

– Portuqaliya milli komandasının heyətində “7” nömrəni daşımağın məsuliyyəti nə dərəcədə ağırdır?

Siz bu sualda kimi nəzərdə tutdunuz? Kriştiano Ronaldo, yoxsa Luiş Fiqo?

– Həm Ronaldonu, həm də Fiqonu…

Onu deyə bilərəm ki, bu nömrə ilə stadionda mən də ola bilərəm və ya komandamın başqa oyunçusu da… Əsas olan komandada yaxşı oynamaqdır, nömrə önəmli deyil.

– Oyun boyu fərdi oyun üslubu nümayiş etdirirdin, rəqibi keçmək və driblinqlər etməklə….

Xeyr, mən komanda üçün oynayırdım. Əgər rəqibi keçməyə çalışıramsa bu o demək deyil ki, özüm üçün oynayıram. Sadəcə olaraq mənim oyun üslubum belədir.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43