Kateqoriyasız

Samir Məsimov qovuldu, komandası uduzdu

Sloveniya çempionatında 35-ci turun oyunları keçirilib.

İdmanxeber.com-un məlumatına görə, azərbaycanlı futbolçu Samir Məsimovun şərəfini qoruduğu “Domjale” klubu doğma azrakeşləri önündə “Çelye”ni qəbul edib.

Üç qolun vurulduğu qarşılaşmada qələbəni qonaqlar bayram edib – 0:3. Oyuna start heyətində çıxan Məsimov 47-ci dəqiqədə qırmızı vərəqə ilə meydandan qovulub.

Qeyd edək ki, “Domjale” geridə qalan 35 turdan sonra 54 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43