12 İyul 2026
Kateqoriyasız

“Qarabağ” iki əsas futbolçusu ilə yollarını ayırır

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ”ı iki futbolçu tərk edə bilər.

İdmanxeber.com-un əldə etdiyi özəl məlumata görə, Ağdam klubunun hücumçusu Samuel Armenteros komandadan göndərilir. Qurban Qurbanov komandasındakı hücumçu problemini Armenterosla həll edə bilməyəcəyini düşünərək bu addımı atır. Təcrübəli çalışdırıcı daha səviyyəli forvard axtarışındadı.

“Köhlən atlar”ı tərk edəcək ikinci futbolçu isə Qara Qarayevdi. Düzdü Qaranın Armenterosa nisbətən komandada qalmaq şansı var. Ancaq millimizin də şərəfini qoruyan yarımmüdafiəçi Ağdam klubunda xoşbəxt deyil və məhz buna görə də, o, böyük ehtimall komandasını dəyişmək istəyir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43