UEFA Çempionlar Liqasında 2015-2016 mövsümünə yekun vurulub.
İdmanxeber.com-un məlumatına görə, final matçında İspaniyanın iki təmsilçisi "Real" və "Atletiko" üz-üzə gəlib.
İtaliyanın Milan şəhərindəki "San Siro" stadionunda baş tutan matçın əsas və əlavə vaxtında qalib müəyyənləşməyib – 1:1. Kubokun sahibini penaltilər müəyyənləşdirib. "Lotoreya"da qələbə qazanan tərəf isə "Real" olub.
Qeyd edək ki, iki il öncə də ÇL-in finalında üz-üzə gələn tərəflərin mübarizəsində "Real" qələbə qazanan komanda olmuşdu.
28 may
Çempionlar Liqası, final
22:45. “Real” (Madrid, İspaniya) – “Atletiko” (Madrid, İspaniya) 1:1
Qol: Serxio Ramos, 15 (1:0), Karrasko, 79 (1:1)
Penaltilər
Real: + + + + +
Atletiko: + + + –
Baş hakim: Mark Klattenburq
Köməkçi hakimlər: Simon Bek, Ceyk Kollin
Əlavə köməkçi hakimlər: Entoni Teylor, Andre Marriner (hamısı İngiltərə)
Dördüncü hakim: Viktor Kaşşai (Macarıstan)
Milan. “San Siro” stadionu

