Avstriyada təlim-məşq toplanışında olan millimiz bu gün Makedoniya ilə qqarşılaşacaq.
İdmanxeber.com-un məlumatına görə, yığmamızın baş məşqçisi Prosineçki makedoniyalılarla oyunda aşağıdakı “onbirliyə” hüvənəcək:
Səlahət Ağayev, Qara Qarayev, Rəşad Sadıqov, Maksim Medvedev, Bədavi Hüseynov, Məhəmməd Mirzəbəyov, Rəhman Hacıyev, Dmitri Nazarov, Araz Abdullayev, Əfran İsmayılov, Ruslan Qurbanov.
Qeyd edək ki, matç Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.