03 İyul 2026
Kateqoriyasız

Şehiç komandasını finala daşıdı (VİDEO)

Yaponiyada keçirilən Kirin kubokunda ilk finalçı məlum olub.

İdmanxeber.com-un məlumatına görə, “Qarabağ”ın qapıçısı İbrahim Şehiçin çıxış etdiyi Bosniya və Hersoqovina millisi yarımfinalda Danimarkaya qalib gələrək finala vəsiqə qazanıb.

Qarşılaşmanın əsas və əlavə vaxtı 2:2 hesbaı ilə başa çatdığındna qalibi penaltilər müəyyənləşdirib. Burada isə bosniyalılar daha dəqiq olublar. Start heyətdə meydana çıxan və sona qədər mübarizə aparan Şehiç penaltilərdən birini dəf edib.




İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43